UEFA Qurban Qurbanovun addımını müsbət qiymətləndirdi

UEFA Qurban Qurbanovun addımını müsbət qiymətləndirdi
Futbol
14 Mart 2022 - 21:43
UEFA-nın Ədalətli Oyun və Sosial Məsuliyyət Komitəsinin (Fair Play and Social Responsibility Committee) növbəti iclası keçirilib.

Supersport.Az xəbər verir ki, iclas videokonfrans formatında təşkil olunub.

Bakıda "Qarabağ" və "Olimpik Marsel" arasında Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda qeydə alınmış fair play hadisəsi AFFA-nın icraçı vitse-prezidenti, müvafiq komitənin sədri Elxan Məmmədovun təklifi ilə iclasın gündəliyinə daxil olunub və məsələ barədə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, "Qarabağ"ın 0:3 hesabı ilə uduzduğu görüşdə polşalı baş hakim Bartoş Frankovski Ağdam təmsilçisinin hücumçusu İbrahim Vadjinin vurduğu qolu qeydə alsa da, baş məşqçi Qurban Qurbanov futbolçularla qısa dialoqdan sonra referiyə qolun qaydalar çərçivəsində vurulmadığını bildirib. Bundan sonra isə qol qərarı ləğv olunub. UEFA Qurban Qurbanovun addımını müsbət qiymətləndirib.

Digər xəbərlər