"Olimpik Marsel" "Bazel"i məğlub etdi

Maqazin, Futbol
11 Mart 2022 - 01:54
Bu gün UEFA Konfrans Liqasında 1/8 final mərhələsinə start verilib.
Supersport.Az xəbər verir ki, bütün oyunlar eyni gündə keçirilib. Qarşılaşmalar Bakı vaxtı ilə saat 21:45 və 00:00-da başlayıb.
Bu raundun diqqət çəkən matçlarından biri Fransada baş tutub. Pley-off mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdıran "Olimpik Marsel" "köhlən atlar"la eyni qrupda yer almış İsveçrə "Bazel"ini qəbul edib. Fransa klubu 2:1 hesablı qalib gəlib.
Bundan başqa, turnirin favoritlərindən İtaliya "Roma"sı Niderlandda "Vitess"i udub.
İngiltərə "Lester"i isə evdə Fransanın "Renn" klubuna 2 qol vurub.
UEFA Konfrans Liqası
1/8 final, ilk oyunlar
10 mart
21:45. PAOK (Yunanıstan) - "Gent" (Belçika) 1-0
21:45. "Slaviya" Praqa (Çexiya) - LASK (Avstriya) 4-1
21:45. "Vitess" (Niderland) - "Roma" (İtaliya) 0-1
21:45. "Partizan" (Serbiya) - "Feyenoord" (Niderland) 2-5
00:00. "Olimpik Marsel" (Fransa) - "Bazel" (İsveçrə) 2-1
Qollar: Arkadiuş Milik 19-pen, 68 - Esposito 80.
00:00. "Lester" (İngiltərə) - "Renn" (Fransa) 2-0
00:00. PSV (Niderland) - "Kopenhagen" (Danimarka) 4-4
00:00. "Budyo Qlimt" (Norveç) - AZ (Niderland) 2-1
Qeyd edək ki, cavab qarşılaşmaları martın 17-də keçiriləcək.