"Beşiktaş" Musa Qurbanlını "Olimpik"lə oyunda izləyəcək

Maqazin, Futbol
26 Yanvar 2022 - 14:53
Türkiyənin "Beşiktaş" klubunun baş məşqçisi Önder Karaveli "Qarabağ"ın futbolçusu Musa Qurbanlı ilə görüşüb.
Supersport.Az qardaş ölkənin mətbuatına istinadən xəbər verir ki, görüş Ağdam klubunun Antalya bölgəsindəki toplanışı zamanı baş tutub.
Karaveli İstanbul təmsilçisinin skaut komandasını 20 yaşlı hücumçunu izləmək üçün Bakıya göndərəcək. Onlar Qurbanlıya fevralın 24-də UEFA Konfrans Liqasının pley-off mərhələsinin Fransanın "Olimpik" (Marsel) klubuyla cavab görüşündə baxacaq və rəhbərliyə hesabat təqdim edəcək.
Qeyd edək ki, Önder Karaveli 2020-ci ilin yanvarından 2021-ci ilin iyununadək "Qarabağ" klubunun akademiyasının koordinatoru Tacettin Doğanın köməkçisi olub. Musa Qurbanlı cari mövsüm Azərbaycan Premyer Liqasında 6 qol və 4 məhsuldar ötürmə ilə ən çox fərqlənən yerli oyunçudur. O, komandanın baş məşqçisi Qurban Qurbanovun oğludur.

Digər xəbərlər

İlham Əliyev: "Biz döyüş meydanında, siyasi müstəvidə, idman arenalarında qələbə qazanan ölkəyik"

Dünya çempionu Azərbaycanın minifutbol millisi mükafatlandırıldı - Video