Azərbaycanda qış transfer pəncərəsi açılıb.
Supersport.Az xəbər verir ki, klublar 2021/22 mövsümünün qış fasiləsindəki transferləri bugündən qeydiyyatdan keçirə bilərlər.
Peşəkar Futbol Liqasının qərarına əsasən, bu transfer dövrü 31 günü əhatə edəcək. Klublar yeni oyunçularının keçidini fevralın 9-dək rəsmiləşdirə biləcəklər.