
Qurban Qurbanov: “Belə uğurdan sonra ad veriləndə məsuliyyətim çoxalır” – Video
“Qarşınızda olmaq xoşdur. İnanın ki, videoklipə baxanda həyəcanlandım. Yenidən həmin hisslərə qayıtdım. Dəfələrlə demişəm ki, hər belə uğurdan sonra ad verildikdə məsuliyyətim çoxalır. Bir tərəfdən işimə fayda verir, digər tərəfdən, sevinirəm ki, hər kiçik əziyyətə böyük dəyər verilir. Hamınıza təşəkkür edirəm. Son vaxtlar mənim haqqımda, komandam, futbolçular haqda çox danışıldı. Qısa fikirlər bildirmək istəyirəm. İşinizdə müvəffəqiyyətlər arzulayıram. Sizin qarşısında olmaq, suallarınıza cavab vermək xoşdur. Həmişə suallarınızı gözləyirəm. Dəyər verdiyinizə görə təşəkkürlər”.
Anar Cəfərsoy