Supersport.Az “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun 2021-ci ilin ən yaxşı məşqçisi seçilməsinə görə mükafatlandırma mərasimini videogörüntüyə alıb.
Təcrübəli mütəxəssis 11-ci dəfə bu ada layiq görülüb və mükafatı Komanda.az saytının baş redaktoru Rəşad Ergün təqdim edib.
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Komanda.az saytının jurnalistlər arasında keçirdiyi ənənəvi sorğuda qalib olub. 67 jurnalistin qatıldığı sorğuda Qurbanov digər namizədləri böyük fərqlə geridə qoyaraq, 2021-ci ilin ən yaxşı məşqçisi seçilib. O, 58 səs toplamaqla birinci olub. Bununla da, Qurbanov 11-ci dəfə Azərbaycanda ilin ən yaxşı məşqçisi seçilib.
Məşqçi qazilərlə tort kəsib.











