Samboçumuz dünya çempionatında mükafat qazandı

Samboçumuz dünya çempionatında mükafat qazandı
Digər, Sambo
09 Noyabr 2019 - 15:05
Supersport.Az-ın məlumatına görə, Cənubi Koreyanın Çxoncu şəhərində sambo üzrə dünya çempionatında Azərbaycanın bir idmançısı uğur qazanıb.

Ölkəmiz turnirdə 5 samboçu - Nəsimi Umbayev (52 kq), Eyvaz Baxşıyev (57 kq), Fuad Məmmədov (62 kq), Emil Həsənov (68 kq) və Nizami Məmmədovla (100 kq) təmsil olunur.

Yarışın ilk günündə təmsilçimiz E.Həsənov üçüncü yeri tutub.

 

Digər xəbərlər