"Partziani"nin baş məşqçisi: "Bakıda silahlardan maksimum istifadə edəcəyik"

"Partziani"nin baş məşqçisi: "Bakıda silahlardan maksimum istifadə edəcəyik"
Maqazin, Futbol
10 İyul 2019 - 23:19
Supersport.Az-ın məlumatına görə, "Qarabağ"la oyunun ardından "Partizani"nin baş məşqçisi Franko Lerda açıqlama verib.

"Mən komandamdan razı qaldım. Güclü rəqiblə oyunda qol imkanlarımız oldu. Bəxtimiz gətirsəydi, qələbə qazanardıq. Futbolçularımız çox yaxşı oynadılar. Belitsanın vurduğu top tirə dəydi. Sinarinin də iki qol imkanı oldu. "Qarabağ" topa daha çox nəzarət etdi. Ancaq qol fürsətləri bizdə daha çox idi. Rəqib texnikalı oyuna üstünlük verən futbolçulara sahibdir. Hansı komandaya qarşı oynadığımızı unutmamalıyıq. Bakıda sərfəli nəticə qazanacağımıza inam böyükdür. Komandamızın əsas silahları səfərdə uğur üçün əlindən gələni edəcək. Bir məqamı da yaddan çıxarmayaq kimin çox pulu varsa, daha böyük zəfərlər qazanır".

Digər xəbərlər