Taekvondoçular dünya çempionatına gedir

Taekvondoçular dünya çempionatına gedir
Digər, Taekvondo
11 May 2019 - 04:15
Supersport.Az-ın məlumatına görə, böyüklərdən ibarət taekvondo yığmamız dünya çempionatına hazırlıqları artıq başa vurub. Milli komanda bu gün Böyük Britaniyanın Mançester şəhərinə yollanır.

Mançester arenada 15 may tarixində startı veriləcək yarışlara mayın 19-da yekun vurulacaq. Millimiz bu mundialda 10 taekvondoçu ilə təmsil olunacaq. Baş məşqçilər Reza Mehmandoust və Elnur Amanovun sərəncamında olan idmançılardan Bəhruz Quluzadə (54 kq), Qaşım Maqomedov (58 kq), Cavad Ağayev (63 kq), Məhəmməd Məmmədov (68 kq), Ayxan Tağızadə (74 kq), Milad Beigi Hərçəqani (80 kq), Ramin Əzizov (87 kq), Radik İsayev (87 kq yuxarı), qadınlardan isə Patimat Abakarova (49 kq) və Fəridə Əzizova (67 kq) medallar uğrunda mübarizə aparacaq.

Dünya çempionatına yollanan komandamıza Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidentləri Nağı Səfərov və Niyaməddin Paşayev rəhbərlik edəcək.

Digər xəbərlər