Yanvarın 27-də kişilər arasında “Australian Open-2019” turnirinin final görüşü keçirilib.
Supersport.Az xəbər verir ki, ümumi mükafat fondu 44,5 milyon dollar olan turnirin finalında serbiyalı Novak Cokoviç ispaniyalı Rafael Nadal ilə üz-üzə gəlib.
İki saatdan artıq davam edən görüş N.Cokoviçin qələbəsi ilə başa çatıb (6:3, 6:2, 6:3). Serbiyalı tennisçi karyerası ərzində yeddinci dəfə “Australian Open” turnirinin qalibi olub.