"Qarabağ"a qol vuran "Şaxtyor"un futbolçusu: "Bütün bədənim ağrıyır"

"Qarabağ"a qol vuran "Şaxtyor"un futbolçusu: "Bütün bədənim ağrıyır"
Futbol
27 Yanvar 2019 - 17:44
Supersport.Az-ın məlumatına görə, Antalyada "Qarabağ"a üçüncü qolu vuran "Şaxtyor"un gənc üzvü Mixail Mudrik açıqlama verib.

Ukrayna futbolunun istedadlı nümayəndələrindən hesab olunan 18 yaşlı futbolçu yükləmədən ağrıdığını bildirib:

"Hazırlıq prosesində taktiki və fiziki baxımdan irəliyə addım atdıq. Daha bir təlim-məşq planlaşdırılıb. İndi buna hazırıq. Komandada ciddi yükləmə olur, nəticədə ayaqlarım çox, hətta bütün bədənim ağrıyır. Bu, normaldır, dözüb, səbr edib və işi davam etdirməliyəm".

"Şaxtyor"un 45 yaşlı portuqaliyalı baş məşqçisi Paulu Fonseka Mixail Mudrikdən razı qalmadığını söyləyib:

"Mixail çox çalışmalı, öyrənməlidir. Bəli, qol vurdu. Ancaq oyun zamanı çox top itirdi, belə olmaz. Bildirim ki, digər qarşılaşma ilə müqayisədə bu dəfə özünü yaxşı göstərdi".

Xatırladaq ki, "Şaxtyor" "Qarabağ"a 3:1 hesabıyla qalib gəlib. 

 

Digər xəbərlər