Yoaxim Löv: "Bu uğursuzluq ürəyimizi ağrıdır"

Yoaxim Löv: "Bu uğursuzluq ürəyimizi ağrıdır"
Futbol
17 Noyabr 2018 - 14:56
Supersport.Az-ın məlumatına görə, UEFA Millətlər Liqasında Niderland yığmasının dünya çempionu Fransanı iki qolla məğlub edərək "A1" qrupunda liderliyə yüksəlib. Bu oyundan sonra Almaniya seçmə komandası "B" liqasına düşüb.

Almanların baş məşqçisi Yoaxim Löv indiki vəziyyəti şərh edib:

Şübhəsiz ki, bu nəticə ürəyimizi ağrıdır. Ancaq bunu qəbul etməliyik. İndi bütün gücümüzlə Avro-2020-nin seçmə mərhələsinə köklənəcəyik. İstərdik ki, yenidən Avropanın güclülər sırasına qayıdaq. Biz gənc futbolçulara fürsət verib, onları dəstəkləyəcəyik".

Qeyd edək ki, noyabrın 19-da Almaniya Niderlandla son oyununu keçirəcək. Birinci yeri tutmaq üçün niderlanlılara heç-heçə də kifayət edir.

Digər xəbərlər