İsrail klubundan qalmaqallı qərar

İsrail klubundan qalmaqallı qərar
Futbol
14 May 2018 - 22:30
İsrailin "Beytar" futbol klubu öz adına ABŞ-ın hazırkı prezidenti Donald Trampın soyadını əlavə edib.

Supersport.Az xəbər verir ki, Tramp, müsəlmanlara məxsus, hazırda yəhudilərin işğalında olan Qüdsü (Yerusəlim) İsrailin paytaxtı olaraq tanıdığı və ABŞ səfirliyi Təl-Əvivdən Qüdsə daşındığı üçün klub belə addım atıb.

"Beytar Tramp Yerusəlim" olacaq komandanın rəhbərliyi Trampın sevgi və dəstəyi qarşılığında belə bir jest etdiyini açıqlayıb. "Beytar" İsrailin 6 qat çempionu və 7 qat kubok, 2 qat Superkubokunun sahibidir.

Bu klub ən irqçi komanda olaraq diqqət çəkir.

"Beytar" 2013-cü ildə iki müsəlman futbolçuyla müqavilə imzalayıb. Ancaq azarkeşlərin böyük təzyiqi ilə üzləşən klub, bu oyunçularla yolları ayırıb. Komandada ərəb və müsəlman futbolçu yer almır.

 

Digər xəbərlər