Dünya bu hədədən danışır: Messi qan ağlayır, Putin, Tramp hədəfdə - Foto

Futbol, Foto
25 Oktyabr 2017 - 21:06




Supersport.Az-ın məlumatına görə, terror təşkilatı Rusiyada keçiriləcək Dünya Kuboku ərəfəsində hədəyə başlayaraq stadionları partladacağını bəyan edib.
DEAŞ (İŞİD) "Barselona"nın aparıcı üzvü Lionel Messinin qan ağladığı fotosunu nümayiş etdirib.
Argentinalı futbolçunu dəmir barmaqlılar arxasında göstərən posterdə "Uğursuzluğu olmayan bir dövlətlə savaşırsınız" mesajı verilib.
Rusiyada stadion yaxnlığında terrorçu gözə dəyir, "Rusiyaya gəlirik. Mücahidin atəşi sizi yandıracaq... Gözləyin".
Gələn ilin iyun-iyulunda 11 şəhərdə baş tutacaq Dünya Kubokunun loqosu və bombanın fotosu göstərilib.
Bu ölkənin hədəfə alınmasının əsas səbəbi Rusiyanın Suriyada Əsəd rəhbərliyinə dəstək verməsi və DEAŞ-ın döyüşçülərinə havadan zərbə vurmasıdır.
ABŞ-ı da hədələyən posterlər sosial şəbəkələrdə sürətlə yayılır.
Rusiyadan 2500 DEAŞ-a qoşulub və onların Dünya Kuboku zamanı terror törədəcəyindən ehtiyat edilir.