Samir Məsimov rəsmən Rusiya klubunda

Samir Məsimov rəsmən Rusiya klubunda
Futbol
03 İyul 2017 - 20:50


Millimizin və "Neftçi"nin sabiq futbolçusu Samir Məsimovun Rusiyanın birinci divizionunda çıxış edən "Fakel”ə keçidi rəsmiləşib.

Supersport.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 21 yaşlı yarımmüdafiəçi ilə müqavilə imzalanıb.

Qeyd edək ki,  S.Məsimov "Fakel"də baxışda olduğu müddətdə komandanın yoxlama görüşlərində oynayıb.

Xatırladaq ki, S.Məsimov son olaraq AZAL-da çıxış edib.

Digər xəbərlər