"Qəbələ"dən 8-ci transfer

"Qəbələ"dən 8-ci transfer
Futbol
02 İyul 2017 - 22:25
Yeni mövsümün hazırlıqlarını davam etdirən "Qəbələ" daha bir futbolçunun keçidini gerçəkləşdirib.

İlqar Qurbanov, Aqil Məmmədov, Elvin Məmmədov, ispaniyalı Xavyer Ernandes Qonzales, fransalı Stiven Jozef-Monroz, niderlandlı Dion Malone və şotlandiyalı Endi Hallideylə anlaşan "qırmızı-qaralar" hücum xəttini legionerlə gücləndirib.

Malili hücumçu Famoussa Kone icarə əsasında 1 il "Qəbələ"nin formasını geyinəcək.

1994-cü il mayın 3-də anadan olan afrikalı forvard karyerasına Fransada başlayıb. Kone 2012-2016-cı illərdə "Bastiya" klubunun əsas və B komandalarında çıxış edib. 2015-2016-cı illərdə icarə əsasında Türkiyə "Samsunspor"unun uğurları üçün çalışan hücumçu ötən il "Göztəpə" ilə anlaşıb. 2016/17 mövsümünün ilk yarısını İzmir klubunda keçirən malili qışda "Samsunspor"a icarəyə verilib. 2013-cü ildə Malinin U-20 milli komandasına cəlb olunan Kone Afrika çempionatında iştirak edib. Onun çıxış etdiyi yığma yarışın yarımfinalına qədər irəliləyib.

 

Digər xəbərlər