Millimiz Albaniyaya 5 qolla qalib gəldi - Video

Millimiz Albaniyaya 5 qolla qalib gəldi - Video
Futzal, Video
10 Aprel 2017 - 13:54
Futzal üzrə Avropa çempionatının Bakıda keçirilən əsas seçmə mərhələsinin B qrupunda bu gün 2-ci turun qarşılaşmaları oynanılıb.

Supersport.Az xəbər verir ki, Azərbaycan milli komandası Albaniya yığması ilə üz-üzə gəlib. Matç millimizin 5:0 hesablı qələbəsi ilə başa çatıb. Bu qalibiyyətlə yığmamız qrup lideri olub.

Turun digər oyununda Bosniya və Herseqovina Macarıstanla heç-heçə edib - 2:2.

Qeyd edək ki, Biro Jadenin baş məşqçi olduğu komanda ilk turda Bosniya və Herseqovinanı 5:4 hesabı ilə yenib. Albaniya isə Macarıstana uduzub - 3:4.

Avropa çempionatı, əsas seçmə mərhələ
B qrupu

Azərbaycan - Albaniya - 5:0
Qollar:
Everton Kardozo, 02:02, Eduardo, 25:24, Vasura, 27:01, Namiq Məmmədkərimov, 34:21, Xətai Bağırov, 35:41


 

 

 

 

 

 

 

 

Digər xəbərlər