Useyn Bolt Olimpiya qızılından məhrum edildi

Useyn Bolt Olimpiya qızılından məhrum edildi
Atletika, Olimpiya, Digər
25 Yanvar 2017 - 21:35
Yamaykalı yüngül atlet Useyn Bolt 2008-ci il Pekin Olimpiadasında əldə etdiyi 4x100 metr məsəfəyə qaçış üzrə qızıl medaldan məhrum edilib.

Supersport.Az-ın xəbərinə görə, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin saytında məlumat verilir.

Bildirilir ki, idmançının komanda yoldaşı Nesta Karterin qanında dopinq aşkar edilib. Yamayka yığması tam heyətlə medallardan məhrum olunub.

Qeyd edək ki, 30 yaşlı Bolt üç Olimpiadada iştirak edib - Pekin (2008), London (2012) və Rio-de-Janeyro (2016). O, bu turnirlərdə ümumilikdə doqquz qızıl medal qazanıb. Bu qərar nəticəsində idmançı bir tituldan məhrum edilərək səkkizqat Olimpiya çempionu olacaq.

Digər xəbərlər