MİLLİMİZİN SABİQ FUTBOLÇUSU SON TURDA MEYDANA ÇIXMADI

MİLLİMİZİN SABİQ FUTBOLÇUSU SON TURDA MEYDANA ÇIXMADI
Futbol
15 May 2016 - 13:06
Türkiyə PTT 1-ci liqasında mövsümün sonuncu - 34-cü turunun oyunları keçirilib. Supersport.Az xəbər verir ki, Azərbaycan yığmasının sabiq müdafiəçisi Ufuk Budağın komandası - "Qaziantep BB" də növbəti matçına çıxıb.

Sözügedən klub səfərdə "Dənizlispor"la qarşılaşıb. Matç futbolçumuzun komandasının böyük hesablı qələbəsi ilə başa çatıb - 5:2. Millimizin sabiq üzvünün adı bu matçın iştirak ərizəsinə daxil edilməyib.

Qeyd edək ki, "Qaziantep BB" mövsümü 48 xalla 8-ci pillədə tamamlayıb.

Digər xəbərlər