PORTUQALİYA YARIMFİNALDA

PORTUQALİYA YARIMFİNALDA
Futbol
14 May 2016 - 17:10
17 yaşadək futbolçulardan ibarət komandaların Bakıda keçirilən Avropa çempionatında 1/4 finalın oyunlarına start verilib.

Supersport.Az-ın  məlumatına görə, ilk olaraq meydana Portuqaliya və Avstriya milliləri çıxıblar.

"Dalğa Arena"da keçirilən oyun prineylilərin böyükhesablı qələbəsi ilə yekunlaşıb. Rəqibinə 5 cavabsız qolla qalib gələn Portuqaliya millisi yarımfinala yüksəlib.

Digər oyunda isə B qrupunun qalibi Almaniya A qrupunda ikinci olmuş Belçika ilə münasibətlərinə aydınlıq gətirəcək. Bu cütün qalibi yarımfinalda Portuqaliya ilə üz-üzə gələcək.

Qeyd edək ki, 1/4 finalın digər görüşləri sabah oynanılacaq.




14 may

20:00. Almaniya – Belçika
Baş hakim
: Qunnar Yarl Yonsson (İslandiya)
Hakimin köməkçiləri: Balaj Buzas (Macarıstan), Lazaros Dimitriadis (Yunanıstan)
Dördüncü hakim: Petr Ardeleanu (Çexiya)
“Dalğa Arena” stadionu

15:00. Portuqaliya – Avstriya - 5:0
Qollar:
Joze Qomes, 7-pen (1:0), 18 (2:0), 47 (3:0), Mesakyu Dyu, 51 (4:0), Miqel Luis, 77 (5:0)
Baş hakim: Fran Yoviç (Xorvatiya)
Hakimin köməkçiləri: Marios Dimitriadis (Kipr), Georgi Todorov (Bolqarıstan)
Dördüncü hakim: Peter Kraloviç (Slovakiya)
“Dalğa Arena” stadionu

Digər xəbərlər