İlkaydan karyerasıyla bağlı açıqlama

İlkaydan karyerasıyla bağlı açıqlama
Futbol
04 İyun 2023 - 17:17
Supersport.Az xəbər verir ki, “Mançester Siti"nin kapitanı İlkay Gündoğan gələcəyi ilə bağlı hələ qərar vermədiyini bildirib.
Gündoğan dublla İngiltərə kubokunun finalında "Siti"nin Mançester Yunayted üzərində 2:1 hesablı qələbəsini təmin edib.

Gündoğanın müqaviləsi iyunun sonunda başa çatır və bəzi məlumatlara görə, İlkay artıq "Barselona" ilə anlaşıb. 32 yaşlı futbolçu bildirib ki, 7 ildir ingilis klubundadır və karyerasiyla bağlı qərar verməyib.

"Şəhərlilər"in baş məşqçisi Xosep Qvardiola da Gündoğanın gələcəyi ilə bağlı danışıb, İlkayın yeni müqavilə imzalayacağına ümid etdiyini bildirib.

 

Digər xəbərlər