"Bayern"dən qovulan idman direktorundan açıqlama

"Bayern"dən qovulan idman direktorundan açıqlama
Futbol
27 May 2023 - 23:31
"Bayern"in titulu həm də Naqelsmanna məxsusdur. Biz onu qiymətləndiririk və çempionluğu qeyd etməyə dəvət edirik".

Supersport.Az xəbər verir ki, "Bayern"də idman direktoru vəzifəsindən qovulan Hasan Salihamidziç keçmiş baş məşqçi Julian Nagelsmannın klubun çempionluğunda rolunu qeyd edərkən belə deyib.

Məşqçi martın sonunda işdən çıxarılıb. Onun yerini Tomas Tuhel tutub.

"Bu titul həm də Julian Nagelsmanna məxsusdur, onun kubokun qazanılmasında rolu var.

İstəyirəm bilsin ki, biz onu çox qiymətləndiririk. Julianla ayrılmaq mənim üçün ən çətin idi. O, həqiqətən də yaxşı oğlandır və qələbəni qeyd etmək üçün dəvət olunur”, - deyə "Bayern"dən qovulan bosniyalı idman direktoru bildirib.

Digər xəbərlər