AFFA prezidenti Rövnəq Abdullayevdən hər futbolçuya 1000 manat
Futbol, Eksklüziv
27 May 2023 - 21:29
Supersport.Az-ın əldə etdiyi məlumata görə, Bakı Olimpiya Stadionunda AFFA-nın təşkilatçılığı ilə Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş miniturnirində ilk iki yeri tutan "Veteranlar" və PFL komandası pul mükafatı alacaq.
Məlumatda bildirilir ki, AFFA prezidenti Rövnəq Abdullayev dünən BOS-da Veteranların kollektivinin futbolçularının hər birinə 1000 manat, PFL-in oyunçularının hərəsinə 500 manat veriləcəyini bildirib.
Qeyd edək ki, "Veteranlar" finalda PFL-in komandasını 6:2 hesabı ilə məğlub edib. Turnirdə ilk iki yeri tutan komandalara medalları AFFA-nın prezidenti Rövnəq Abdullayev, gənclər və idman naziri Fərid Qayıbov, assosiasiyanın baş katibi Sərxan Hacıyev təqdim ediblər.