Supersport.Az-ın xarici mətbuata istinadən məlumatına görə, “Neftçi” Rusiyada keçiriləcək beynəlxalq turnirdə mübarizə aparacaq.
Sankt-Peterburq şəhərində təşkil olunacaq yarışda 4 klub iştirak edəcək.
“İyulda biz “Fənərbağça”, “Srvena Zvezda” və Bakının “Neftçi” komandalarını Sankt-Peterburqda keçiriləcək turnirdə gözləyirik” – deyə, “Zenit”in baş direktoru Aleksandr Medvedev bildirib.