Superliqada çempionluq uğrunda mübarizə aparan “Qalatasaray”da transfer işləri davam edir.
Supersport.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul klubu “Nürnberq”in 17 yaşlı yetirməsi Can Uzunla maraqlanır.
Bu mövsüm Almaniya klubunun U19 komandasıyla ümumilikdə 24 matça çıxan Can Uzun 21 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
2005-ci il təvəllüdlü futbolçunun “Nürnberq”lə 2025-ci ilə qədər müqaviləsi var.
Türkiyənin yeniyetmələr yığmasında çıxış edən Can Uzun ümumilikdə 13 matça çıxıb və 6 qol vurub.