"Çelsi"nin qolkiper planı

"Çelsi"nin qolkiper planı
Futbol
24 May 2023 - 22:51
Yayda "Çelsi"yə rəhbərlik etmək ehtimalı yüksək olan Maurisio Poçettino komandada qapıçı mövqeyini gücləndirmək niyyətindədir.

Supersport.Az-ın Fransa mətbuatına istinadən məlumatına görə, Keylor Navasın namizədliyi nəzərdən keçirilir.

Poçettino əvvəllər Navasla PSJ-də çalışıb. 36 yaşlı Kosta-Rikadan olan qolkiper hələ də Fransa çempionlarına məxsusdur. Lakin bu mövsümün ikinci yarısını icarə əsasında "Nottingem Forest"də keçirir.

Navas bu mövsüm Premyer Liqada 17 oyun keçirib, 32 qol buraxıb və iki dəfə qapısını toxunulmaz saxlayıb.

Digər xəbərlər