Azərbaycan Basketbol Liqasında müntəzəm mövsüm bitdi

Azərbaycan Basketbol Liqasında müntəzəm mövsüm bitdi
Digər
29 Aprel 2023 - 22:35

Supersport.Az xəbər verir ki, bu gün “Sərhədçi” İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının sonuncu - 28-ci turunun iki oyunu ilə müntəzəm mövsümə yekun vurulub.



Günün ilk oyununda "Sabah" və "Olimpik Şəki" komandaları üz-üzə gəliblər.


Bu oyunda "Sabah" basketbolçuları 105:80 hesablı qələbə qazanaraq müntəzəm mövsümün lideri kimi pley-offda "AAAF Xırdalan" ilə qarşılaşacaqlar. Ən məhsuldar basketbolçular "Sabah"dan Kalin Kreyn (17 xal, 6 ribaund), "Olimpik Şəki"dən isə Endryu Uitset (29 xal, 8 ribaund) olublar.


Günün ikinci oyunu NTD və "Neftçi" basketbolçuları arasında keçirilib. Bu önəmli oyunda 101:89 hesablı qələbə qazanan NTD pley-off mərhələsinə 2-ci pillədən daxil olaraq "Gəncə" komandasına qarşı pley-off oyunlarında ev üstünlüyünü ələ keçirib. Ən məhsuldar basketbolçular NTD-dən Zek Hadson (20 xal, 10 ribaund), "Neftçi"dən isə Mohsen Moradxani (24 xal, 13 ribaund) olublar.

Digər xəbərlər