Supersport.Az-ın məlumatına görə, “Qalatasaray” Futbol Klubu “Qarabağ”la yoldaşlıq oyununa hazırlığını dünən “Florya Metin Oktay” bazasında keçirdiyi məşqlə davam etdirib.
Topla isinmə hərəkəti ilə başlayan məşq iki qrupda 8-2 ötürmə ilə davam edib. Məşqçi Okan Burukun rəhbərliyi altında keçirilən məşq taktiki işlərlə yekunlaşıb.
“Qalatasaray” bu gün saat 16:30-da (Bakı vaxtıyla 17:30-da) baş tutacaq məşqlə hazırlıqlarını tamamlayacaq və axşam Bakıya hərəkət edəcək.