Millinin rəqibinin qolkiperi xəstələndi

Millinin rəqibinin qolkiperi xəstələndi
Futbol
20 Mart 2023 - 16:00
Martın 24-də AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Lintsdə Azərbaycanla görüşəcək Avstriya milli komandası itki ilə üzləşib.

Supersport.Az xəbər verir ki, söhbət qapıçı Aleksandr Şlaqerdən gedir. O, xəstəliyə görə düşərgəni tərk edib.

LASK-ın qolkiperini "Bayer" Leverkuzenin qapıçısı Patrik Pents əvəzləyəcək.

Avstriya - Azərbaycan matçı martın 24-də Lints şəhərinin "Rayffatzen Arena" stadionunda keçiriləcək.

Oyunun start fiti Bakı vaxtı ilə saat 23:45-də səslənəcək.

Digər xəbərlər