İki qolla iki rekord: Musa Qurbanlı Reynaldoya çata bilər

İki qolla iki rekord: Musa Qurbanlı Reynaldoya çata bilər
Futbol
18 Mart 2023 - 21:09
"Qarabağ"ın futbolçusu Musa Qurbanlı Azərbaycan Premyer Liqasının XXVII turunun "Sumqayıt"la oyununda 2 qola imza atıb. 21 yaşlı hücumçu bununla da cari mövsümdə vurduğu topların sayını 20-yə çatdırıb.
Supersport.Az-ın məlumatına görə, gənc forvard bir rekordu yeniləyib, digərinə şərik çıxıb. Musa Premyer Liqanın PFL-in bayrağı altında keçirilməyə başladığı 2008-ci ildən sonra bir mövsümdə ən çox qol vuran azərbaycanlı futbolçu olub. O, 2020/21 mövsümündə 19 qol vuran Namik Ələskərovun göstəricisini arxada qoyub. Yerli statusa malik futbolçunun ən azı 20 qol vurmasına sonuncu dəfə 2006/07 mövsümündə rast gəlinib. Həmin vaxt “Xəzər Lənkəran”ın hücumçusu Zaur Ramazanov 20 dəfə fərqlənib.
Qurbanlı həm də "Qarabağ"ın tarixində bir mövsümdə ən çox qol vuran azərbaycanlı oyunçu adına şərik çıxıb. O, 2003/04 mövsümündə 20 dəfə fərqlənən Samir Musayevə çatıb. Hücumçunu klub tarixinin mütləq rekordçusu Reynaldodan 2 top ayırır.

Digər xəbərlər