"Qarabağ" - "Qalatasaray" matçına biletlər tükəndi

"Qarabağ" - "Qalatasaray" matçına biletlər tükəndi
Futbol
18 Mart 2023 - 21:45
Martın 26-da Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Qalatasaray" xeyriyyə matçına biletlər tükənmək üzrədir.

Supersport.Az-a "Qarabağ" klubunun mətbuat katibi Gündüz Abbaszadənin verdiyi məlumata görə, bu saatadək 55 mindən çox bilet satılıb.

Biletlərin qiyməti müvafiq olaraq 3, 5, 30, 50 və 100 manat arasında dəyişir.

Bakı Olimpiya Stadionunun tamaşaçı tutumu 69, 870 nəfərdir. Oyun günü stadionun tam dolacağı ehtimal edilir. Qarşılaşma martın 26-ı saat 20:00-da oynanılacaq.

Qeyd edək ki, qardaşlıq oyunundan əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.

 

Digər xəbərlər