"Real"la "Napoli" növbəti mərhələdə

"Real"la "Napoli" növbəti mərhələdə
Futbol
16 Mart 2023 - 01:55
Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki matçı keçirilib.

Supersport.Az xəbər verir ki, bununla da 1/4 finala vəsiqə qazanacaq son iki komandanın adına aydınlıq gəlib.

"Real Madrid" "Liverpul"u qəbul edib. İngiltərədə 5:2 hesablı qələbə qazanan "Kral klubu" bu matçda da favorit hesab edilirdi. "Real" cavab oyununda 1 qolla qalib gələrək növbəti mərhələyə adlayıb.



Digər görüşdə "Napoli" "Ayntraxt"ın qapısına 3 qol vurub.

Bu iki komandanın Frankfurtdakı matçında neapollular 2:0 qalib gəlməyi bacarmışdı.

UEFA Çempionlar Liqası1/8 final

15 mart

00:00. "Real Madrid" (İspaniya) - "Liverpul" (İngiltərə) 1:0

Qol: Kərim Benzema, 79

İlk oyun - 5:2

00:00. "Napoli" (İtaliya) - "Ayntraxt" Frankfurt (Almaniya) 3:0

Qollar: Viktor Osimhen, 45+2, 53, Pyotr Zelinski, 64 (pen)

İlk oyun - 2:0

Digər xəbərlər