"Beşiktaş" Azərbaycan klubları ilə danışıq aparır

"Beşiktaş" Azərbaycan klubları ilə danışıq aparır
Futbol
11 Mart 2023 - 16:00
"Beşiktaş" klubunun prezidenti Ahmet Nur Çebi Azərbaycan klublarından biri ilə xeyriyyə oyunu keçirmək istədiklərini təsdiq edib.


Supersport.Az xəbər verir ki, İstanbul təmsilçisinin rəhbəri "Vodafone Park"da təşkil edilən mətbuat konfransında Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə kömək məqsədilə bir neçə layihələrinin olduğunu bildirib.


Prezident, milli komandaların oyunları ilə əlaqədar martın sonlarında yaranacaq fasilə zamanı yoldaşlıq görüşü keçirmək istədiklərini söyləyib:


"Xeyriyyə matçı keçirmək üçün Almaniya və Azərbaycan klubları ilə danışıq aparırıq. Fasilədə təşkil olunacaq xeyriyyə matçının gəlirinin zəlzələ bölgəsinə ianə edilməsi planlaşdırılır".

Digər xəbərlər