"Neftçi"nin keçmiş futbolçusu özünə klub tapdı

"Neftçi"nin keçmiş futbolçusu özünə klub tapdı
Futbol
07 Fevral 2023 - 15:35
"Neftçi"dən ayrılandan sonra klubsuz olan Fəhmin Muradbəyli karyerasının Birinci Divizion təmsilçisi “Araz Naxcıvan”da davam etdirəcək.

Supersport.Az xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Futbolçu yeni klubu ilə mövsümün sonuna qədər müqavilə baglayıb.

"Neftçi"nin yetirməsi olan Fəhmin Muradbəyli 2013-2018, 2020-2021-ci illər ərzində ağ-qara formada 94 oyunda meydana çıxıb, 8 qol vurub.

O, ötən mövsümün ikinci yarısını icarə əsasında “Şamaxı”da keçirib. Muradbəyli Azərbaycanın U-21 millisinin də sabiq üzvüdür.

Digər xəbərlər