"Qarabağ"ın da büdcəsinin 150 milyon olmasını istərdim" - Qurban Qurbanov - Video

"Qarabağ"ın da büdcəsinin 150 milyon olmasını istərdim" - Qurban Qurbanov - Video
Futbol, Video
09 Sentyabr 2022 - 22:25
Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən biri "Frayburq"un büdcəsi 150 milyon avrodur.

Supersport.Az-ın məlumatına görə, Almaniyada keçirilən oyundan sonra Azərbaycan klubunun baş məşqçisi Qurban Qurbanov maddi imkanlarının bu komandadan 10 dəfə az olduğunu, çox sayda eyni səviyyəli futbolçuları saxlamağın çətin olduğunu bildirib:


"Futbol elə oyundur ki, fikirlər, düşüncələrimiz fərqli ola bilər. Qarşılaşmanın gedişatında matça müdaxilələr olur. Müqayisə etsək, "Qarabağ" "Frayburq" kimi heyətini gücləndirə bilməz. Çünki rəqibin maddi imkanı bizdən 10 dəfə çoxdur. Buna görə də bizə 20 eyni səviyyəli futbolçu saxlamaq asan deyil. Ancaq bəzi oyunçuları yüksək vəziyyətə gətirməliyik. Bizdə aşağı liqa komandalarından gətirdiyimiz 4-5 futbolçu var ki, yaxşı səviyyəyə çatdırmışıq. "Qarabağ"la "Frayburq"un gücünü eyniləşdirmək olmaz. Hər şeyə real baxmalıyıq: futbolumuza, ümumi inkişafa. Bacardıqca səhv etməməyə, həmçinin komandanın oyununu itirməməyə çalışırıq. Çox istərdim ki, gələcəkdə bizim, bütün klublarımızın imkanları 10 dəfə artıq olsun, ümumi səviyyə daha yuxarı qalxsın və belə matçlarda daha rahat, inamlı oynayaq. Komandamda olan futbolçulardan tam razıyam".

 

Digər xəbərlər