Azərbaycanı Türkiyənin Konya şəhərindəki V İslam Həmrəyliyi Oyunlarında təmsil edən sərbəst güləşçi Abubakr Abakarov (86 kq) final görüşünə çıxıb.
Supersport.Az xəbər verir ki, o, iranlı Alirza Kərimi ilə qarşılaşıb. Təmsilçimiz 0:9 hesabı ilə geridə olduğu vaxt zədələnərək, mübarizəni davam etdirə bilməyib. O, turniri gümüş medalla başa vurub
Digər güləşçimiz Turan Bayramov (74 kq) final görüşünə çıxıb.
Həlledici görüşdə iranlı Məhəmmədsadıq Firuzpura 2:1 hesabı ilə qalib gələrək turnirin qalibi olub.
Hacı Əliyev final görüşünə çıxıb.
Rəqibini təmiz qələbə ilə məğlub edən Əliyev ardıcıl 2-ci dəfə İslamiadanın qalibi olub. Daha əvvəl o, Bakı-2017 4-cü İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanmışdı.