"Bizi "Qarabağ"la ağır döyüş gözləyir"

"Bizi "Qarabağ"la ağır döyüş gözləyir"
Futbol
10 İyul 2022 - 09:00
"Geniş heyətimiz olsa da, bizi iyulun 12-də "Qarabağ"la ağır döyüş, gərgin səfər oyunu gözləyir".

Supersport.Az xəbər verir ki, "Lex"in baş məşqçisi Con van den Brom Bakıa "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab matçı barədə danışarkən belə deyib.

Niderlandlı mütəxəssis görüşün həddindən artıq çətin olacağını bildirib:

"Bizi ağır döyüş gözləyir. Baş məşqçi kimi əlimdəki 22-23 futbolçunun hamısından istifadə etməliyəm".

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Lex" oyunu saat 20:00-da başlayacaq. Poznandakı ilk görüşdə Ağdam təmsilçisi minimal hesabla uduzub - 0:1.

Digər xəbərlər