Namiq Ələsgərov Türkiyə klubunu seçir

Namiq Ələsgərov Türkiyə klubunu seçir
Digər, Güləş
07 Avqust 2021 - 14:11
“Neftçi”nin və Azərbaycan milli komandasının futbolçusu Namiq Ələsgərov karyerasını Türkiyədə davam etdirəcək.

Supersport.Az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Xəbərdə, 26 yaşlı yarımmüdafiəçinin “Bursaspor” klubu ilə razılıq əldə etdiyi bildirilib.

“Transfermarkt”da dəyəri 750 min avro olan Namiqin “Neftçi” ilə müqaviləsi 2022-ci ilin yayına qədərdir. Türkiyə mətbuatı futbolçunun cəmi 50 min avro qarşılığında azad agent statusu aldığını yazır. Tərəflər üç illik anlaşıblar. Ələsgərov “Bursaspor”da ilk ilində 200, ikinci ilində 235, üçüncü ilində isə 265 min avro qazanacaq.

“Bursaspor” Türkiyə 1-ci liqasında mübarizə aparır.

Digər xəbərlər