Türkiyə - Azərbaycan oyunu keçiriləcək

Türkiyə - Azərbaycan oyunu keçiriləcək
Futbol
25 Dekabr 2019 - 15:12
Azərbaycan və Türkiyə milliləri arasında yoldaşlıq oyunu keçiriləcək.

Supersport.Az xəbər verir ki, bu barədə Türkiyə yığmasının baş məşqçisi Şenol Günəş "TRT Spor"a müsahibəsində bildirib. O, deyib ki, gələn il mayın 26-da bu komandalar arasında oyun olacaq. Qarşılaşma Antalyada təşkil olunacaq.

Türkiyə yığması bundan sonra iyunun 1-də Xovatiya, 4-də isə İrlandiyaya qarşı gücünü sınayacaq.

Qeyd edək ki, Türkiyə millisi Avro-2020-nin qrup mərhələsində iyunun 17-si Uels, 21-i isə İsveçrə ilə Bakı Olimpiya Stadionunda qarşılaşacaq.

Digər xəbərlər