Şenol Güneş: "Bakıda 50 min azarkeşdən dəstək gözləyirik" - Video

Şenol Güneş: "Bakıda 50 min azarkeşdən dəstək gözləyirik" - Video
Futbol, Video
08 Dekabr 2019 - 00:46
Supersport.Az ölkəmizdə səfər zamanı müsahibə verən Türkiyə yığmasının baş məşqçisi Şenol Güneşin fikirlərinin videogörüntüsünü təqdim edir.


Təcrübəli mütəxəssis, Bakı Olimpiya Stadionunda "Avro-2020"nin final mərhələsinin oyunlarında azərbaycanlı azarkeşlərdən də dəstək gözlədiyini bildirib:

"Bakıda 68 minə yaxın olan stadionda 50 min azarkeşdən dəstək gözləyirik. Bunun bizə, meydana təsir etməsini istəyirəm. Oyunları Bakı Olimpiya Stadionunda keçirəcəyik. Məşqlər üçün "Qarabağ", "Neftçi" və federasiyanın meydançalarından istifadə etməyi düşünürük. Baxdım, stadionlar da, otellər də gözəldir".

Türklərin baş məşqçisi İtaliyanı favorit hesab edib:   

"İtaliya qrupun favoritidir, ən güclü komandadır. Millimizin digər iki oyunda yüksək səviyyədə oynaması çox vacibdir. İtaliya ilə oyunda yaxşı oyun göstərib, 2, 3-cü matçda qazanacağımız nəticəylə qrupdan çıxmağı düşünürük. İyunda istər Bakının, istərsə də futbolun gözəlliyini görəcəyik. Şəhər möhtəşəm dəyişir, inkişaf edir".

67 yaşlı çalışdırıcı, Avro-2020-nin Dünya Kuboku-2022-yə hazırlıq olacağını vurğulayıb:

"Avropa çempionatında təcrübə qazanacağıq. Həm bu, həm də nəticə olsa əhvalımız əla olacaq. Uğur bizi zirvəyə daşıyacaq və Dünya Kubokuna yüksək hazırlıqda gedərik".   

 

 

 

Digər xəbərlər