Millimizin baş məşqçisi rüsvayçı çıxış haqda

Millimizin baş məşqçisi rüsvayçı çıxış haqda
Futzal, Futbol
31 Mart 2019 - 15:40
Supersport.Az-ın məlumatına görə, 19 yaşadək futzalçılardan ibarət Azərbaycan yığması Avropa çempionatının əsas mərhələsində son oyununda Sloveniya yığmasıyla qarşılaşmada da biabrıçı hesabla məğlub olub.

Seçmə komandamız 1:9 hesabı ilə uduzub. Yığmamızın heyətində İqbal Pənahov fərqlənib.
Digər oyunda Kipr yığması üzərində 4:1 hesablı qələbə qazanan Niderland futzalçıları final mərhələsinə vəsiqə qazanıb. Millimiz isə sonuncu olub.


"Final mərhələsinə Niderland vəsiqə qazansa da, Sloveniyanı qrupumuzun ən güclü komandası hesab edirəm. Anlaya bilmirəm ki, niderlandlılara necə uduzdular. Hiss olunur ki, bu komandanın üzvləri məktəb keçiblər, uzun müddətdir bir yerdə oynayırlar".


19 yaşadək futzalçılardan ibarət millimizin baş məşqçisi Ağatahir Əzimov Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlamasında belə deyib. Avropa çempionatının əsas mərhələsinin son oyununda Slovenyaya 1:9 hesablı məğlubiyyəti şərh edən çalışdırıcı, turnirdəki zəif çıxışın səbəblərini açıqlayıb:



"Oyuna gəldikdə, fikrimdə qalıram, yaxşı oyun gözlədiyim uşaqlar ümidləri doğrultmadılar. Bəziləri rəqibdən çəkindilər, bəziləri isə mübarizə aparmağa çalışdılar. Biz yalnız fiziki göstəricilərə görə deyil, digər komponentlərdə də onlardan geri qalırdıq. Ustalığımız çatmırdı. Təkbətək epizodlarımız oldu, amma istifadə edə bilmədik. 4-5 qolu isə uzaq məsafədən vurulan zərbələrdən sonra buraxdıq".

A.Əzimov komandasının turnirdəki bərbad oyunu haqda da danışıb:


"Bir oyunda qapıçımız yaxşı dayanır, komandaya kömək edir, əvəzində oyunçularımız zəif çıxış edir. Digər qarşılaşmada isə əksinə olur. Komanda şəklində hələ formalaşmamışıq. İrad bildirəndə oyunçu deyir ki, məni keçmədilər ki, filankəsin oyunçusu idi. Belə düşünmək olmaz. Biz meydanda bir-birimizi sığortalamalıyıq. Niderlandla 2 il əvvəl U-17 səviyyəsində qarşılaşmışdıq. Müqayisə apardıqda nə qədər inkişaf etdiklərini görürük. Biz də gərək çox işləyək, fasilə verməyək. Bu işə başlamışıqsa, davam etməliyik.



Bir məqama da toxunum. Bizim heyətin 9 üzvü 2001-ci, rəqibin futzalçıları isə 2000-ci il təvəllüdlüdürlər. Bir yaş fərqi çox şey deməkdir. Bizim hazırkı heyətin 9 üzvündən növbəti seçmə mərhələnin oyunlarında da istifadə etmək olar".

U-19 yığmamız qrupda keçirdiyi əvvəlki iki oyunda isə Kiprə 1:7, Niderlanda 1:6 hesabı ilə məğlub olub.


Avropa çempionatının əsas mərhələsi

II qrup, III tur

Sloveniya – Azərbaycan - 9:1


Qollar: Matiç Qoznik, 0:26; Marko Byelçeviç, 11:19, 29:30; Tilen Qayser, 14:32, 38:18; Timoti Debelyak, 15:55; Marko Mohoriç, 18:17; Tod Kiuha, 27:40; Vanç Floryançiç, 31:57 - İqbal Pənahov, 39:21























































KOMANDALAR

O

Q

H

M

T/F

X

1

Niderland

3

3

0

0

15-6

9

2

Sloveniya

3

2

0

1

19-6

6

3

Kipr

3

1

0

2

8-11

3

4

Azərbaycan

3

0

0

3

3-22

0

Digər xəbərlər