Video: PFL-in direktoru Elgiz Abbasov klubların stadion problemini qabartdı

Futbol, Video
406
19 İyul 2025 - 17:47
Supersport.Az-a açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) texniki-idman direktoru Elgiz Abbasov Azərbaycan Premyer Liqasında iştirak edəcək bəzi klubların stadion problemini qabardıb.
Qurum rəsmisi bildirib ki, "Karvan", "Kəpəz", "İmişli"nin stadion problemi var.
"Turan Tovuz" stadionunun meydançasını təbii otla yenilədiyi üçün "Qarabağ"ın Suraxanıdakı, "Karvan"ın Şamaxı, "Kəpəz"in Qəbələ, "İmişli"nin Quba stadionunu seçib.
"Ötən mövsüm "Turan" azarkeşləri lider oldu. Bu sezon Tovuz komandası Bakıda oynayacağından onlar üçün kədərli olacaq. Lakin "Turan"ın rəhbəri Ehtiram müəllimin infrastrukturun daha yaxşılaşdırılması addımı müsbətdir".