Özbəkistan millisinin futbolçusu "Traktor"da

Supersport.Az xəbər verir ki, Özbəkistan milli komandasının təcrübəli futbolçusu Odiljon Xamrobekov "Traktor"a keçib.
29 yaşlı futbolçu baş məşqçi Dragan Skociçin istəyi ilə yeni mövsüm Cənubi Azərbaycan klubunda forma geyəcək.
Xamrobekov öz ölkəsində "Paxtakor", "Navbahor", "Nasaf Qarşi" və "Bunyodkor" komandalarında, həmçinin "Şabab Əhli" klubunda çıxış edib.
O, bugünə qədər Özbəkistan milli komandası ilə 65 oyuna çıxıb və ölkənin ən tanınmış futbolçularından biri sayılır.
Xamrobekov, Özbəkistan futbolunda keçirdiyi illər ərzində ümumilikdə 10 dəfə çempionluq yaşayıb və bu baxımdan ölkəsinin ən titullu oyunçularından biridir.
Bu bacarıqlı yarımmüdafiəçi cari mövsümdə Bunyodkor klubunun heyətində 15 oyunda meydana çıxıb və parlaq çıxışları ilə diqqət çəkib.