Qurban Qurbanov: "Qələbəni bayram etməməli, hesaba aldanmamalıyıq" - Audioyazı

Qurban Qurbanov: "Qələbəni bayram etməməli, hesaba aldanmamalıyıq" - Audioyazı
Futbol, Audioyazı
535
20 Avqust 2025 - 06:17

Supersport.Az UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda Macarıstanda "Ferentsvaroş"u 3:1 hesablı məğlub edən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun fikirlərinin audioyazısını təqdim edir.


Təcrübəli mütəxəssis ağır oyun olduğunu, hesabda geri düşsələr də, düzgün oyunla qalib gəldiklərini bildirib.


"Möhtəşəm qələbə münasibətilə futbolçularımı təbrik edirəm. Futbolçularım bu qədər azarkeş qarşısında əllərindən gələnin ən yaxşısını etməyə çalışdılar. Öz azarkeşlərimizə də təşəkkür etmək istəyirəm, bizləri yalnız buraxmadılar. Üstünlüyümüz var, amma hesab bizi aldatmamalı, qələbəni bayram etməli deyilik. Bakıdakı oyunda daha ciddi və diqqətli olmalıyıq. Rəqib adi bir epizodda qol vurmağı bacaran komandadır. Hər şeyə Bakıda aydınlıq gələcək".


Q.Qurbanov ilk qolu buraxdıqdan sonra həvəsdən düşmədiklərini də qeyd edib: 


"Deməzdim,həvəsdən saldı. Səfərdə qapında qol görəndə bir az komandada həyəcan çoxalır. Qoldan sonra üzərimizə təzyiq çoxaldı. Lakin bir qədər sonra toparlanmağı bacardıq. İkinci hissədə qollar vurmağı bacardıq. Qarşımızda çox ciddi bir rəqib və məğlub olmağı sevməyən bir baş məşqçisi var.

Çempionlar Liqasında zəif rəqib, asan oyun olmur. 

Bakıdakı oyunda ciddi oynayıb bu oyunun nəticəsini daha da anlamlı etməliyik".



Digər xəbərlər