Macarıstanda zəfər: "Qarabağ" "Ferentsvaroş"u məhv etdi

Macarıstanda zəfər: "Qarabağ" "Ferentsvaroş"u məhv etdi
Futbol
550
20 Avqust 2025 - 00:55

Bu gün "Qarabağ" Çempionlar Liqasında pley-off mərhələsində ilk oyununu keçirib.


Supersport.Az xəbər verir ki, Azərbaycan təmsilçisi Macarıstanın "Ferentsvaroş" klubuyla qarşılaşıb.


Matça Bakı vaxtı ilə 23:00-da start verilib.


"Qarabağ" "Ferentsvaroş"u 3:1 məğlub edərək cavab oyunu ərəfəsində böyük üstünlük qazanıb.


Üç il əvvəl "Qarabağ" evdə "Ferentsvaroş"la 1:1 edib, səfərdə 3:1 qələbəylə mərhələ keçib.


UEFA Çempionlar Liqası

Pley-off mərhələsi

19 avqust

23:00. "Ferentsvaroş" (Macarıstan) - "Qarabağ" (Azərbaycan) 1:3 

Qollar: Barnabas Varqa,29,- Marko Yankoviç, 50, Kevin Medina,67, Musa Qurbanlı, 85


Budapeşt, "Qrupama Arena"


Qeyd edək ki, tərəflər arasında cavab oyunu avqustun 27-də Bakıdakı Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Matç 20:45-də başlanacaq.

Digər xəbərlər