Video: Qurban Qurbanov: "İnanmıram ki, Romao "Qarabağ"dan rəqibə məlumat verib, Robbi Kin ondan nəsə soruşub"
Futbol, Eksklüziv, Video
1044
18 Avqust 2025 - 17:00
Supersport.Az-a açıqlamasında mütəxəssis Qurban Qurbanov "Ferentsvaroş"da çıxış edən "Qarabağ"ın keçmiş futbolçusu Julio Romaonun sabiq komandasının sirlərini indiki klubuna ötürəcəyinə inanmadığını bildirib.
"Güman etmirəm ki, Romao sirləri verib. "Qarabağ"da da "Ferentsvaroş"da oynamış futbolçular var və onlardan bu haqda məlumat almıram. Bu, bir az qeyri-ciddi olar. İnanmıram ki, "Ferentsvaroş"un baş məşqçisi Robbi Kin də Julio Romaodan bu barədə fikir öyrənsin. Digər tərəfdən, indi o qədər inkişaf var ki, kimləsə nəyisə müzakirə etməyə ehtiyac yoxdur. Hər hansı futbolçunun nəsə deməyindənsə, özümüz videoyazılara baxıb, rəqibi təhlil edib daha yaxşı tanıyırıq".