"Emin Mahmudov kapitan, penalti vuran olacaq" - Santuş

"Emin Mahmudov kapitan, penalti vuran olacaq" - Santuş
Futbol
354
06 İyun 2025 - 21:00

Supersport.Az xəbər verir ki, Latviya - Azərbaycan oyunu öncəsi təşkil olunan mətbuat konfransında millimizin baş məşqçisi Fernandu Santuş fikirlərini bildirib.


"Təlim-məşq toplanışının əvvəlindən futbolçular özlərini çox yaxşı tərəfdən göstərirlər. Onlardan nələr tələb etdiyimi başa düşürlər. "Qarabağ" və "Sabah"ın futbolçuları ölkə kubokunun final oyunundan sonra kollektivə qoşuldular. Onlar da eyni tempdə hazırlaşırlar. Bütünlüklə oyuna köklənmişik. Çətin görüş olacaq. Hər iki komanda qələbə qazanmağa çalışacaq. Latviya yığması keyfiyyətli futbolçulardan qurulub. Rəqib barədə oyunçularımıza ətraflı məlumat vermişik. Meydanda əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Futbolçularımızın hamısı çox istəkli və motivasiyalıdırlar. Kubokun finalından sonra komandaya qoşulanlarla yalnız taktiki məşqlər üzərində çalışa bildik. Bunu da meydanda göstərəcəklərinə inanıram. Start heyətində meydana çıxsa, kapitan sarğısını Emin Mahmudov taxacaq. Həmçinin, komandanın penalti vuranı da o olacaq".

Digər xəbərlər