İspaniya millimizin rəqibi Fransanı məğlub etdi - Video

Futbol
357
06 İyun 2025 - 01:17
Bu gün UEFA Millətlər Liqasında finalın adı məlum olub.
Supersport.Az xəbər verir ki, yarımfinalda İspaniya millisi Fransa yığmasını məğlub edib. 9 qolun vurulduğu matçda ispanlar 5:4 hesablı qələbəylə finala vəsiqə qazanıblar.
İspaniya yığması finalda Portuqaliya ilə qarşılaşacaq.
Millətlər Liqası
5 iyun
23:00. İspaniya - Fransa 5:4
Qollar: N. Villiams 22, M. Merino 25, L.Yamal 54(pen),67, Pedri 55 - K.Mbappe 59(pen), R.Çerki 79, D.Vivian 84(ö.q), K.Muani 90+4
Qeyd edək ki, Azərbaycan yığmasının Dünya Çempionatı-2026-nın seçmə mərhələsində rəqiblərindən biri Fransa seçmə komandasıdır.