İlham Əliyev dünya çempionlarına 2 milyon manat ayırdı

İlham Əliyev dünya çempionlarına 2 milyon manat ayırdı
Futbol
417
04 İyun 2025 - 22:14

Prezident İlham Əliyev Azərbaycan Minifutbol Federasiyasına maliyyə dəstəyi göstərilməsi haqqında Sərəncam imzalayıb.


Supersport.Az xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan milli yığma komandasının 2025-ci il minifutbol üzrə Dünya çempionu olması ilə əlaqədar Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Minifutbol Federasiyasına 2 (iki) milyon manat ayrılıb.


İlham Əliyev Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməyi, Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etməyi tapşırıb.

Digər xəbərlər