"Turan"dan yalanlara etiraz: "Kurban Berdıyev klubu tərk etməyib"

"Turan"dan yalanlara etiraz: "Kurban Berdıyev klubu tərk etməyib"
Futbol
329
04 İyun 2025 - 11:54

Supersport.Az "Turan Tovuz" Peşəkar Futbol Klubu bəyanat yayıb.


"Son günlər klubumuz haqda həqiqətəuyğun olmayan, əsassız xəbərlər yayılmaqdadır. Mövsümün başa çatmasına baxmayaraq baş məşqçimiz Kurban Berdıyev ölkəmizi tərk etməyib və növbəti mövsümün hazırlıq planlarını həyata keçirmək və daha güclü heyət formalaşdırmaq üçün  mütəmadi olaraq klub rəhbərliyi ilə fikir mübadiləsi aparır. Qeyd etmək istəyirik ki, baş məşqçimizlə müqaviləmiz davam edir və klub rəhbərliyi daha iddialı komanda formalaşdırmaq üçün Kurban Berdıyevə tam dəstəyini nümayiş etdirir. Azarkeşlərimizi və futbol ictimaiyyətini dəqiqləşdirilməmiş, klubun imicinə zərər vuran, əsassız və yalan xəbərlərə etibar etməməyə çağırırıq. Bildirmək istəyirik ki, təlim-məşq toplanışı, transfer siyasəti, infrastruktur və digər layihələrlə bağlı bütün məlumatlar rəsmi olaraq klubumuz tərəfindən ictimaiyyətə açıqlanacaq".

Digər xəbərlər